Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Rusiyaya acıq verdi: “Bunu yenə edəcəyik”

3 gün əvvəl Krım yaxınlığında Böyük Britaniyanın döyüş gəmisi ilə Rusiya qüvvələri arasında baş verdiyi iddia olunan atışmadan sonra vəziyyət gərgin olaraq qalmaqdadır.
 
Rusiya tərəfinin yaydığı məlumata görə, Britaniyanın “Defender” döyüş gəmisi Qara dənizlə Ukraynadan Gürcüstana gedərkən Rusiyanın ərazisinə daxil olub və hərbi təyyarələrdən xəbərdarlıq atəşi açılıb və keçidin qarşısı alınıb.
 
Britaniya tərəfi isə Kremlin məlumatlarını uydurma adlandırıb və bildirib ki, Rusiya hərbi qüvvələri tərəfindən heç bir atəş açılmayıb və onları da kimsə yolundan döndərməyib. Söyüş gəmisində olan bir jurnalist də Rusiya qırıcılarının yaxınlıqda uçduğunu desə də, atış barədə heç nə deməyib.
 
Britaniyanın rəsmi şəxsləri Kremlin açıqlamasını Rusiyanın özünü “böyük” göstərmək cəhdi kimi qiymətləndirirlər.
 
Məsələ ondadır ki, Britaniya gəmisi Krımın lap yaxınlığından keçib. Beynəlxalq hüquqa əsasən həmin sular Ukraynaya məxsusdur. Rusiya isə Krımı işğal etdikdən sonra o əraziləri özününkü elan edib.
 
Britaniya bu hərəkəti ilə bir daha Kremlə xatırladıb ki, dünya Krımın işğalı ilə barışmayıb və belə bir fikri də yoxdur. London bildirib ki, büynəlxalq hüquqa əsasən o ərazilər Ukraynaya məxsusdur və oradan keçmək üçün yalnız Ukraynanın razılığı tələb olunur. Rusiya isə işğal etdiyi sulara girişi özünün dövlət sərhədinin pozulması kimi dəyərləndirir.
 
Bu arada Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Britaniya yenə də belə davranacağını bildirib. Dünən ingilis nazirlər Kral Donanması gəmisinin beynəlxalq hüquqa uyğun olaraq Ukraynadan Gürcüstana qanuni bir keçid etdiyini vurğulayıblar. Ekologiya naziri Corc Yustis jurnalistlərin “İngiltərə mübahisəli Ukrayna sularından yenə də keçərək Gürcütana gedəcəkmi” sualına cavabında bildirib: “Bəli, yenə də keçəcəyik. Krımın ilhaqını tanımırıq”.
 
Xarici mediada isə Rusiyanın reaksiyasını ələ salmaqda davam edirlər. Nə qədər qəribə olsa da, Rusiya mətbuata guya gəminin geri qaytarıldığını yazır. Reallıqda isə Britaniya gəmisi nəzərdə tutulduğu kimi əvvəkçədən seçdiyi marşrutla Gürcüstanın Batumi limanına çatıb.
 
Bəzi mütəxəssislər Kremlin daxili ictimaiyyət üçün işlədiyini düşünürlər. Qərb politoloqlarının fikrincə, İngiltərənin Rusiyaya “qırmızı xətləri” göstərməsi yaxşı haldrır. Kreml başa düşməlidir ki, ağlına gələn hər şeyi edə bilməz.
 
Bu gün isə Britaniyanın Gürcüstandakı səfirliyi Rusiya mətbuatını biabır edən bir foto yayıb. Rusiya mediası “Defender”in guya geri qaytarıldığını tirajlasa da, səfirlik sosial şəbəkə hesabında gəminin Batumi limanından fotosunu paylaşıb.
 
Qeyd edək ki, “Defender” yüksək səviyyədə təchiz edilmiş döyüş gəmisidir. Gəminin güclü müdafiə və hücum sistemləri var. Bəzən bu gəmiləri ayrıca bir ordu adlandırırlar. (bizimyol.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Ən çox oxunanalar